Cəmiyyət

AQTA istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısını alıb – FOTO

Sharing is caring!


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri Sabunçu rayonunda yerləşən, fiziki şəxs Sübhan Nazim oğlu Nəbiyevə məxsus toyuq əti hissələrinin və unlu məmulatların emalı müəssisəsində plandankənar yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun etiketlənmə və markalanmanın həyata keçirilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, çalışan işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Emal edilmiş məhsullardan və xammallardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. İstehlaka yararsız müxtəlif növ məhsulların satışa çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə çalışan işçinin dövri tibbi müayinə arayışları təmin edilənədək işdən kənarlaşdırılmasına və aşkarlanmış nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir