Dünya

Messi “İnter Mayami”nin kapitanı olacaq

Sharing is caring!


ABŞ-nin “İnter Mayami” klubunun yeni transferi Lionel Messi komandanın kapitanı olacaq.

Dünənki ilk məşqindən sonra argentinalı futbolçu və komandanın digər yeni transferi Serxio Buskets gənc futbolçularla işləmək və onlara məsləhətlər vermək üçün meydanda qalıblar. Messinin ABŞ təmsilçisinin əsas kapitanı olacağı qeyd edilib.

36 yaşlı hücumçu bir müddət əvvəl MLS klubu ilə iki illik müqavilə imzalayıb. Forvardın yeni komandasında sabah “Kruz Azul”a qarşı görüşdə debüt edəcəyi gözlənilir.

Mənbə: TyC Sports

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir