Cəmiyyət

Fuad Sadıqov: “Güclü sel və daşqınlar aqrar sığortaya tələbatı kəskin artırıb”

Sharing is caring!


“Güclü yağış, dolu, sel və daşqınlar aqrar sığortaya marağı və tələbatı kəskin artırıb”

Oxu.Az xəbər verir ki, bununla bağlı Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov məlumat verib.

O bildirib ki, müraciətlər artıb, təəssüflər olsun ki, sığorta müqaviləsi bağlamaq istəməyən təsərrüfatlar zərərlə üzləşəndən sonra quruma müraciət edirlər:

“Lakin artıq baş vermiş hadisədən sonra sığorta müqaviləsi bağlamaq mümkün deyil. Həmin təsərrüfatlar və əkin sahələri növbəti il sığortalanacaq. Baş verənlər ölkəmizdə 2020-ci ildən tətbiq edilən aqrar sığortanın əhəmiyyətini bir daha sübut edib”.

Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri – fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir