Dünya

Ərdoğan: “Yeni əsr Türkiyə əsri olacaq”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü münasibətilə xalqa müraciətində yeni əsri “Türkiyə əsri” adlandırıb.

“1923-cü il oktyabrın 29-da elan etdiyimiz Cümhuriyyət bu gün birinci əsrini başa vuraraq “Türkiyə yüzilliyi” adlandırdığımız ikinci əsrinə qədəm qoyur. Türkiyə bu gün regionda və dünyada ehtiyacı olan hər kəsə yardım edən bir ölkədir: Qafqazdan Asiyaya, Türküstandan Fələstinə qədər. Harada məzlum və möhtac insan varsa, Türkiyə onun köməyinə gələcək”, – deyə Ərdoğan bildirib.

O xatırladıb ki, şənbə günü İstanbulda keçirilən Fələstinə dəstək aksiyasında 1,5 milyona yaxın insan iştirak edib.

“Böyük Fələstin mitinqi bizim Fələstinə dəstəyimizin bir hissəsi idi. Heç kim buna qarışa bilməz”, – deyə Ərdoğan əlavə edib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir