İdman

Dövlət qurumları arasında keçirilən 3×3 basketbol turnirinə yekun vurulub

Sharing is caring!


Oktyabrın 29-da dövlət qurumları arasında keçirilən 3×3 basketbol turnirinə yekun vurulub.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 20 dövlət qurumunun 160 əməkdaşı mübarizə aparıb.

Gənclər və İdman Nazirliyinin həyətində xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında birinci yerə Elm və Təhsil Nazirliyi, ikinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və Gənclər və İdman Nazirliyinin komandaları layiq görülüblər.

Kişilərin yarışında isə Azərbaycan Hava Yolları birinci olub. Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi komandaları isə ilk üçlükdə qərarlaşıblar.

Sonda qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd dövlət qurumlarında çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir