Dünya

Qabonda keçid dövrü üçün ölkə başçısı təyin olunub

Sharing is caring!


Qabonda hakimiyyəti ələ keçirən hərbçilər keçid dövrü üçün ölkə başçısını Respublika Qvardiyasının komandanı, general Bris Oliqi Ngemanı təyin ediblər.

Bu barədə üsyançılar milli televiziya vasitəsi ilə elan ediblər.

Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksək rütbəli hərbçiləri hakimiyyətə gəldiklərini elan ediblər, qiyamçılar arasında Respublika Qvardiyasının, Təhlükəsizlik Xidmətinin, ordunun və polisin nümayəndələri də var.

Qiyamçılar avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli ben Bonqo Ondimbanın qalib gəldiyi seçkilərin nəticələrini də ləğv ediblər. 

Hərbçilər prezidentin ailəsi və həkimlərinin əhatəsində ev dustağı olduğunu bildiriblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir