Dünya

HƏMAS terrorçusundan vəhşiliklərini sübut edən qeyd tapıldı: “Başını kəsin, ürəyini, ciyərini çıxarın” – FOTO

Sharing is caring!


“Bilin ki, bu, sizin düşməninizdir. Bu, elə bir xəstəlikdir ki, onun başqa dərmanı yoxdur, çarəsi ancaq başını kəsib, ürəyini və ciyərini çıxarmaqdır!”

Bu sözlərin yazıldığı qeyd HƏMAS terrorçusunun üzərindən tapılıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” hesabında paylaşım edilib.

Bildirilib ki, 7 oktyabr 2023-cü ildə HƏMAS terrorçuları İsrail ərazisinə soxulublar və İsrailin cənubundakı icmalarda qətliam törədiblər. Qətliamı törədən terrorçulardan birinin üzərindən işğaldan əvvəl ona verilmiş əlyazma şəklində qeyd tapılıb.

Qeyddə HƏMAS komandirləri silahlılara yəhudiləri öldürmək əmri verib və qurbanların başlarını kəsmək, onların ürəklərini və ciyərlərini qoparmaq barədə çağırış edib.

İsrail Müdafiə Qüvvələrinin, həmçinin bu sözlərin əks olunduğu kağızın fotosunu sübut kimi “Telegram” hesabında təqdim edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir