Dünya

Poqba “Yuventus”u bezdirib

Sharing is caring!

“Yuventus” yayda yarımmüdafiəçisi Pol Poqbanı satmağı düşünür.

Fransalı futbolçunun tez-tez zədələnməsi Turin klubunun rəhbərliyini bezdirib. Mövsümün sonuna qədər vəziyyət dəyişməzsə, yarımmüdafiəçi satışa çıxarılacaq.

Keçən ilin yayında “Mançester Yunayted”dən “Yuventus”a qayıdan Poqba mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb. Cəmi iki oyuna çıxan fransalı iki gün öncə məşqdə cərimə zərbələri yerinə yetirərkən yenidən xəsarət alıb və azı üç həftə oynaya bilməyəcək. O, bir matçı da intizamsızlığına görə buraxıb.

Mənbə: “La Gazzetta dello Sport”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir