Dünya

Zəngəzurda Rusiyanın konsulluğu açılacaq

Sharing is caring!


Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində Rusiyanın konsulluğu açılacaq.

Ermənistan mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

“Rusiya tərəfi müvafiq qaydada Qafanda konsulluğun açılması üçün müraciət edib. Ermənistan isə müvafiq qaydada bütün nüansları nəzərə alaraq razılıq verib”, – o qeyd edib.

Lakin Ermənistan XİN başçısı konsulluğun nə vaxt açılacağı barədə məlumat verməyib:

“Ermənistan və Rusiyanın müvafiq strukturları bu məsələdə əməkdaşlıq edir”, – nazir əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir