Dünya

Toivo Klaar: “İlham Əliyev və Nikol Paşinyan Brüsseldə görüşməyəcəklər”

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə görüşməyəcəklər.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar açıqlamasında bildirib.

O qeyd edib ki, görüşün təxirə salınmasına səbəb vaxt çatışmazlığıdır.

Xatırladaq ki, bundan əvvəl Avropa Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir