İqtisadiyyat

İstehlakçılara neçə milyon manat ƏDV QAYTARILIB?

Sharing is caring!

“Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il mayın 1-nə qədər istehlakçılara 573 199 160 kassa çeki üzrə 228,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-aprel aylarında isə 144 945 143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bunu qurumun Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün portalda 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir