Cəmiyyət

Bakıda yaşıl ağaclar kəsilib? – VİDEO

Sharing is caring!


Nizami rayonunda ağacların səhv budandığı iddia edilib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Rayonun Rüstəm Rüstəmov 66 ünvanında yaşayan sakinlər bildirib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ərazidəki ağaclar düzgün budanmayıb:

“Quru budaqlar əvəzinə, yaşıl ağacları kəsib, getdilər”.

Məsələ barədə Bakı şəhər Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların müraciəti əsasında ağaclar budanıb:

“Vətəndaşlar bizə müraciət edərək bildirdilər ki, iki ağacın budağının söhbətgahın üzərinə düşmə təhlükəsi var. Biz də həmin ağacları budadıq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir