Dünya

İsrail Müdafiə Ordusu Qreta Tunberqi Fələstini dəstəklədiyinə görə tənqid etdi – FOTO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndəsi Arye Şaruz Şalikar ekofəal Qreta Tunberqi Fələstin və Qəzza zolağına dəstək üçün onlayn kampaniyasına görə tənqid edib. O “Politico”ya verdiyi müsahibəsində Tunberqi israillilərə qarşı terror aktları barədə susmaqda etməkdə ittiham edib.

“Gələcəkdə özünü bu və ya digər şəkildə Qretaya bənzədən hər kəs, mənim fikrimcə, terrorçuluğun tərəfdarıdır”, – deyə Arye Şaruz Şalikar bildirib.

Onun fikrincə, Tunberq Qəzza zolağı ilə həmrəylik nümayiş etdirərək HƏMAS-ın İsraildəki hərəkətlərinə məhəl qoymur, o, Fələstini müdafiə etmir, əksinə terror aktlarına qarşı onlar sanki baş verməmiş kimi susur.

Daha əvvəl Tunberq Fələstinə və Qəzza zolağına dəstək üçün onlayn kampaniya keçirib. O, “Instagram” sosial şəbəkə hesabında müvafiq yazı paylaşıb. Fotoşəkildə Qreta və həmfikirləri əllərində fələstinliləri dəstəkləyən şüarlar yazılmış plakatlar tutublar. Ekofəalın sözlərinə görə, bu cür onlar qurbanlarla həmrəy olduqlarını ifadə edirlər.

 “Dünya səsini çıxarmalı və dərhal atəşkəs, ədalət və fələstinlilər və zərər çəkmiş bütün mülki şəxslər üçün azadlıq tələb etməlidir”, – deyə Qreta Tunberq fotonun altında yazıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir