Dünya

Boris Conson yenidən baş nazir ola bilər

Sharing is caring!

Sentyabrın 6-da vəzifəsini tərk edən Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson xələfi Liz Trassın istefasından sonra hökumət başçısı postu uğrunda mübarizə aparmaq niyyətindədir.

Bildirilir ki, Conson bunun milli maraq məsələsi olduğunu düşünür.

Həmçinin, digər mənbələrdən yayılna məlumata görə, xarici ticarət naziri Kemi Beydnok da baş nazirlik uğrunda mübarizə aparmaq niyyətindədir. O, bu yay artıq hökumət başçısı postuna namizədliyini irəli sürüb, lakin səsvermənin son raunduna keçə bilməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir