Siyasət

Azərbaycanlı diplomatdan “Fair Observer”a cavab: “Azərbaycan ərazilərini işğal edən Ermənistan olub”

Sharing is caring!


ABŞ-nin “Fair Observer” media təşkilatının saytında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanovun Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş məqaləsi dərc olunub:

Caliber.az xəbər verir ki, oktyabrın 20-də “Fair Observer” müəlliflərindən birinin dərc etdiyi məqaləyə cavab xarakteri daşıyır. Həmin məqalədə Azərbaycan “etnik təmizləmə”də və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda ittiham olunub. Yazıda hansı prinsiplərin pozulduğu izah edilməyib. Eyni zamanda, müəllif əsassız arqumentlər arxasında gizlənərək Ermənistan tərəfinin qanun pozuntularını ört-basdır etməyə çalışıb.

R.Qurbanov isə cavab məqaləsində qeyd edib ki, Azərbaycanın “etnik təmizləmə” həyata keçirdiyinə dair iddialar regionda onilliklərlə davam edən münaqişə təcrübəsinə ziddir. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal edən Ermənistan olub. Bu işğal bir milyon azərbaycanlının məcburi köçkünə çevrilməsilə nəticələnib.

Təəssüf ki, üç onillik ərzində Ermənistan beynəlxalq hüquqa məhəl qoymayıb. Eyni zamanda, o, status-kvonu saxlamaq üçün danışıqlarda iştirak edib.

Baş konsul vurğulayıb ki, monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir. Bakı dəfələrlə bəyan edib ki, Qarabağ bölgəsində yaşayan etnik ermənilər bu multikultural modelin bir hissəsinə çevrilə bilərlər. Ona görə də Azərbaycanın “etnik təmizləmə” aparması ilə bağlı ittihamlar əsassızdır.

Məqalədə bildirilib ki, Bakı İrəvanla münasibətlərin normallaşdırılmasına sadiqdir. Azərbaycan Ermənistanı sülh prosesində konstruktiv mövqe nümayiş etdirməyə və Cənubi Qafqazdakı reallıqları düzgün dərk etməyə çağırır. İrəvan nəhayət etiraf etməlidir ki, regionda sülh və əməkdaşlığa alternativ yoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir