Dünya

Bayden israilliləri qəzəblərinə təslim olmamağa çağırıb: “Fələstin xalqı da çox əziyyət çəkir”

Sharing is caring!


Oktyabrın 18-də Tel-Əvivə gələn ABŞ prezidenti Cozef Bayden İsrail vətəndaşlarına müraciət edərək, onları qəzəbə təslim olmamağa çağırıb və həmçinin HƏMAS-ın hücumunda həlak olanlara görə təəssüfləndiyini bildirib.

“Sizi xəbərdar edirəm: qəzəb hiss etdiyiniz halda, ona təslim olmayın. 11 sentyabr hadisəsindən sonra biz də ABŞ-də çox qəzəbləndik. Ədalətin bərqərar olmasına çalışarkən bizim də səhvlərimiz oldu. Amma sonda biz istəyimizə nail olduq”, – deyə Bayden bildirib.

ABŞ prezidentinin sözlərinə görə, müharibə zamanı istənilən qərarlar çətin olur.

“Hər şeyin bədəli ödənilməlidir. Ancaq bunun üçün düşünülmüş addım atmaq lazımdır. Çox çətin məsələlərin həll edilməsi tələb olunur. Bu zaman hədəfləriniz aydın olmalı və getdiyiniz yolun bu məqsədlərə çatmağa imkan verib-verməyəcəyinə dair dürüst qiymətləndirmə aparmalısınız”, – deyə prezident vurğulayıb.

Bayden qeyd edib ki, fələstinlilərin əksəriyyəti HƏMAS qruplaşmasının üzvü deyil.

“Həmas Fələstin xalqını təmsil etmir. HƏMAS Qəzzadakı günahsız ailələrdən canlı qalxan kimi istifadə edir. Komandanlıq mərkəzlərini, silahlarını və kommunikasiya tunellərini yaşayış məntəqələrində yerləşdirir. Fələstin xalqı da çox əziyyət çəkir”, – deyə o bildirib.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir