Cəmiyyət

Qanunda edilən dəyişiklik qızılın qiymətinə necə təsir edəcək? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Azərbaycanda qızıl-zinət əşyalarını nağd pulla almaq olmayacaq.

Qanuna edilən dəyişikliyə görə, qiymətli daşların və metalların, onlardan hazırlanan məhsulların alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər nağdsız qaydada aparılacaq.

Bəs bu qərar bazara necə təsir edəcək, qiymətlər artacaqmı?

İqtisadçı Elşad Məmmədov məsələ ilə bağlı bildirib ki, ödənişlərin nağdsız olması bahalaşmaya səbəb olacaq:

“Düşünürəm ki, biznes subyektləri artan xərclərini istehlak bazarına, yəni əhaliyə doğru istiqamətləndirəcəklər. Bu da qiymətlərin artmasına səbəb olacaq”.

Ekspert deyir ki, süni qiymət artımına şərait yaradan amillər də aradan qaldırılmalıdır. Əks halda bahalaşma insanların maddi imkanına mənfi təsir göstərəcək.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir