Dünya

Qazaxıstanda qarayara epidemiyası: Karantin rejimi tətbiq edildi

Sharing is caring!


Qazaxıstanın Qaraqanda vilayətinin Topar kəndində qarayara xəstəliyi aşkarlanıb. 

Məlumata görə, üç kənd sakinində diaqnoz artıq təsdiqlənib. Daha iki nəfər qarayara şübhəsi ilə həkim nəzarətindədir. Müraciət edən 30  şəxs müəyyən edilib və onlar da nəzarət altında saxlanılır.

Kəndin girəcəyində avtomobillərin sanitar emalı üçün post quraşdırılıb və ərazidə karantin rejimi tətbiq edilib. İkinci giriş isə tamamilə bağlanıb. Bununla belə, sakinlərin hərəkəti məhdudlaşdırılmayıb.

Bölgə administrasiyası xəbər verir ki, heyvandarlıq və süd məhsullarının ixracı qadağan olunub.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir