Dünya

Almaniya polisi Berlində fələstinli etirazçını qəddarcasına döydü – VİDEO

Sharing is caring!


Almaniya polisi Berlində fələstinli etirazçını qəddarcasına döyüb.

Buna dair sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Sosial şəbəkə istifadəçilərinin videoya reaksiyası birmənalı olmayıb və istifadəçilər polisi tənqid atəşinə tutublar.

Xatırladaq ki, oktyabrın 17-də Berlinin mərkəzində hökumətin qadağasına baxmayaraq, Fələstinə dəstək aksiyası keçirilib və bu aksiya polislə toqquşma ilə yekunlaşıb. Potsdam meydanında minə yaxın insan toplaşıb. Etirazçılar Fələstin bayraqlarını qaldırıblar. Onlar İsrail əleyhinə şüarlar səsləndiriblər.

Berlin məhkəməsi daha əvvəl bu cür mitinqləri qadağan edib. Bununla belə, sanksiyaların təşkilatçıları Yaxın Şərqdə qurbanlara həsr olunmuş piketin keçirilməsinə razılıq əldə ediblər.

Mənbə: “Turanskiy ekspress” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir