Dünya

İsrail səfirləri Co Baydenə cavab verdilər: “Qəzza zolağını işğal etmək niyyətində deyilik”

Sharing is caring!


“İsrail Qəzza zolağının işğalında maraqlı deyil”.

Bu sözləri İsrailin BMT-dəki səfiri Gilad Erdan və İsrailin ABŞ-dəkı səfiri Mayk Hersoq CNN telekanalına müsahibələrində bildiriblər.

Gilad Erdanın sözlərinə görə, İsrailin Qəzzanı yenidən işğal etmək kimi bir fikri yoxdur, lakin HƏMAS-ı məhv etmək üçün əlindən gələn hər şeyi edəcək.

Mayk Hersoq vurğulayıb ki, İsrail bir milyon yarım fələstinlinin həyatına nəzarət etməkdə maraqlı deyil.

Səfirlərin bu bəyanatları ABŞ Prezidenti Co Baydenin “İsrail Qəzzanı işğal edərsə, səhvə yol verər” ifadəsinə cavab olaraq verilib.

Mənbə: Newsru.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir