Dünya

Corc Dik: “Mən hər bir hökuməti düzgün addım atmağa çağırıram” – FOTO

Sharing is caring!


“İsraillilər ailələri ilə birlikdə Simxat Tövrat bayramını qeyd edərkən, HƏMAS şəhərlərimizi zəbt etdi və şəhərlərimizə raket hücumuna məruz qoydu. Ailələri çarpayılarında öldürdülər, çoxlarını qaçırdılar. Hələ bitməyib. İsrail müharibədədir”.

Oxu.Az xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında paylaşım edib.

“HƏMAS gözlənilməz heç nə etmədi: onlar illərdir yəhudilərə qarşı soyqırımına çağırırlar. Onların nizamnaməsində var. Bu, onların sponsorları olan İranın ideologiyasında öz əksini tapıb.

İndi mənəvi aydınlıq zamanıdır.

Mən hər bir hökuməti düzgün addım atmağa çağırıram: HƏMAS-ı pisləsin və İsrailin yanında olsun”, – deyə səfir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir