Dünya

“Hakken”in baş məşqçisi: “Qarabağ”ın qapısına iki penalti təyin olunmalı, Yankoviç qovulmalı idi”

Sharing is caring!


İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Hoqmo Avropa Liqasının H qrupunun II turunda “Qarabağ”a məğlubiyyəti (0:1) şərh edib.

Norveçli mütəxəssis ev matçından sonra təşkil edilən mətbuat konfransında hakimlərdən narazılığını bildirib:

“Birinci hissədə oyunumuz yaxşı alınmışdı. Amma fasilədən sonra niyə belə olduğunu deyə bilmərəm. “Qarabağ” futbolçularının təcrübəsi öz sözünü dedi. Kevin Medina və Mateus Silva bizə qol vurmağa imkan vermədilər. Halbuki şanslarımız var idi. Belə matçlarda fürsətlərdən yararlanmalısınız. Azərbaycan komandası yaxşı müdafiə oluna bilirdi. Hakimlərə gəlincə, məni iki şey təəccübləndirdi. Matçın ilk dəqiqələrində “Qarabağ”ın qapısına iki penalti təyin olunmalı idi. Marko Yankoviçə isə dirsək zərbəsinə görə qırmızı vərəqə göstərilmədi”.

Qeyd edək ki, iki turdan sonra altı xalı olan “Qarabağ” Almaniyanın “Bayer” (Leverkuzen) klubu ilə birgə H qrupunda ilk iki pilləni bölüşdürür. Norveç “Molde”si ilə “Hakken”in xalı yoxdur və 3-4-cü pillədədir.

Mənbə: expressen.se

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir