Dünya

Rusiya BMT-nin Qarabağdakı birgünlük missiyasının nəticələrini təhlil edəcək

Sharing is caring!


“BMT-nin birgünlük missiyası son on ildə ilk dəfə Qarabağa səfər edib”.

Bunu brifinqdə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

“Bildiyimizə görə, söhbət BMT-nin birgünlük missiyasından gedir və biz indi hesabatı gözləyirik. Hər halda, BMT-nin belə bir missiyası ilk dəfədir ki, son on ildə bu əraziyə səfər edir”, – deyə Verşinin bildirib.

“BMT-nin bir günlük missiyası mahiyyətcə bu vəziyyətdə mümkün olanı etdi. Sakinlərdən müsahibə götürdü və insidentin Qarabağdakı infrastruktura, ilk növbədə mülki obyektlərə nə dərəcədə təsir etdiyini araşdırdı. Missiyanın hesabatı göstərir ki, ciddi dağıntı yoxdur, dini tikililərə ziyan dəyməyib və s.”, – o əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir