İdman

Uqandalı idmançı avtomobilində bıçaqlanaraq öldürülüb

Sharing is caring!


Uqandalı atlet Benjamin Kiplaqat bıçaqlanaraq öldürülüb.

34 yaşlı idmançının cəsədi Keniyada öz avtomobilində tapılıb. Hadisə 2023-cü ilin 30 dekabr tarixində baş verib.

Kiplaqatın boğazında bıçaq xəsarəti aşkarlanıb. Yerli polis hadisə ilə bağlı araşdırma başladıb.

Xatırladaq ki, Keniyaəsilli olan Benjamin Kiplaqat 3000 metr məsafəyə maneəli qaçışda Uqandanı Olimpiya Oyunlarında, dünya çempionatlarında və beynəlxalq səviyyəli digər yarışlarda təmsil edib.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir