Dünya

Putin: “Rusiya vaxtilə NATO-ya daxil olması ilə bağlı təkliflər verib, lakin rədd cavabı alıb”

Sharing is caring!


“Son 20 ildə dünyada ciddi dəyişikliklər baş verib. Dünya nizamı dəyişəndə sanki ​​zaman da daralır”

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Forumundakı çıxışında deyib.

O bildirib ki, bəşəriyyətin qlobal problemləri kollektiv həll yolları tələb edir, lakin eqoizm və təkəbbür prosesləri dalana aparır.

Putinin sözlərinə görə, Rusiya yeni dünya düzəninə böyük töhfə verməyə qadirdir, amma bəziləri bunu təslim olmaq kimi başa düşürlər.

“Qərb Rusiyaya qulaq asmaq fikrində deyil, onun təkəbbürü sadəcə olaraq buna imkan vermir. Rusiya vaxtilə NATO-ya daxil olması ilə bağlı təkliflər də verib, lakin rədd cavabı alıb”, – deyə Rusiya lideri bəyan edib.

O vurğulayıb ki, Qərbin çiçəklənməsi böyük ölçüdə bütün planetin talan edilməsi və sonsuz ekspansiya hesabına əldə edilib.

“Qərbdə güzəştin nə olduğunu unudublar. Nəyin bahasına olursa-olsun öz maraqlarını həyata keçirmək istəyirlər. Bununla yanaşı, beynəlxalq hüququ bəzi qaydalarla əvəz etməyə çalışırlar. Bu qaydaların kimin icad etdiyi isə bəlli deyil. Bəzilərinin təhlükəsizliyini digərlərinin hesabına təmin etmək mümkün deyil, harmoniya əldə etmək olar – sadəcə olaraq qüruru bir kənara qoyub, başqalarına vəhşi kimi baxmamaq lazımdır”, – Putin deyib.

Dövlət başçısı qeyd edib ki, Qərb üçün müstəqil davranan hər kəs hədəfə çevrilir.

“Gözlərinizi silin, müstəmləkəçilik dövrü çoxdan başa çatıb”, – deyə Rusiya prezidenti əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir