Dünya

Ukrayna Avropa İttifaqına daxil olduqdan sonra təxminən 200 milyard avro alacaq

Sharing is caring!


Ukrayna Avropa İttifaqına daxil olduqdan sonra 186 milyard avro (təxminən 334,5 milyard manat) alacaq.

Bu barədə İttifaqa yeni üzvlərin daxil olması nəzərə alınmaqla yeddi il üçün nəzərdə tutulmuş Aİ-nin büdcə layihəsinə istinadən xəbər verilir.

Avropa İttifaqının büdcəsi 21% artaraq 1,47 trilyon avroya (2,64 trilyon manat) çatacaq.

Ukrayna yeddi il ərzində Avropa İttifaqının vahid kənd təsərrüfatı siyasəti çərçivəsində 96,5 milyard avroya (təxminən 173,55 milyard manat) sahib olacaq.

Bundan əlavə, Ukrayna daha kasıb üzv ölkələrdə infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş Avropa İttifaqının birləşmə fondlarından 61 milyard avro (təxminən 109,7 milyard manat) ala biləcək.

Mənbə: The Financial Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir