İdman

EEVZA: Azərbaycan millisi bu gün sonuncu oyununu keçirəcək

Sharing is caring!


20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün sonuncu oyununa çıxacaq.

“Report” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir