Siyasət

MM-in komitə sədri: “Ölkəmizə qarşı təhdidlər var”

Sharing is caring!

“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət o qədər güclüdür ki, ölkəmizə qarşı müqavimət və təhdidlər var. Ona görə də bu siyasət ətrafında birləşməli və belə də davam etməliyik”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Komitə sədri xatırladıb ki, AŞPA-nın sessiyası çox gərgin keçib:

“Ermənilər və onların ətrafında toplanan şəxslər Azərbaycana qarşı elan edilməmiş informasiya müharibəsi başladıb. Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış, bir neçə mərhələdən ibarət hücum planı həyata keçirildi. Plan nədən ibarətdir? Onların planları sərhədlərdə təxribatlar törətmək, sonra video-foto şantaj etmək, Azərbaycanın imicinə qarşı beynəlxalq səviyyədə xüsusi təxribatlar törətmək, bunun əsasında sənədlərin qəbul edilməsi, ən nəhayət, danışıqlar prosesində nəsə əldə etməkdir”.

S.Seyidov qeyd edib ki, Avropa Şurası sanki ermənilər tərəfindən xüsusi bir məkan olaraq seçilib:

“Çünki, onlar – ermənilər Avropa İttifaqı, beynəlxalq səviyyədə uduzduqlarının fərqindədirlər. Artıq Avropada da bilirlər ki, bu təxribatları kim törədir və nəyə görə törədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir