Cəmiyyət

Misir Mərdanov: “Xoşbəxt Yusifzadə həqiqətləri zarafatla deməyi bacaran şəxsiyyət idi”

Sharing is caring!


“Xoşbəxt Yusifzadənin Azərbaycanın neft və qaz sənayesinin bu günə gəlib çatmasında böyük rolu olub”.

Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində jurnalistlərə açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib.

Misir Mərdanov qeyd edib ki, X.Yusifzadə yaşının çox olmasına baxmayaraq, diqqətli insan idi:

“Onun itkisi çox ağırdır. O qədər yaşının olmasına baxmayaraq, çox diqqətli biri idi. Yüksək səviyyəli insan idi. Həqiqətləri zarafatla deməyi bacaran şəxsiyyət idi. Ötən həftənin cümə günü onun yaxın dostu, akademik Azad Mirzəcanzadənin doğum günü ilə bağlı konfransda yarızarafat özünəməxsus şəkildə çıxış etdi. Ruhu şad olsun”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir