Cəmiyyət

31 il sonra meyitinin qalıqları tapılan şəhidlə Saatlıda vida mərasimi keçirilir – FOTO

Sharing is caring!


Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Seyfulla Tairovun nəşi doğulduğu Saatlı rayonunun Cəfərxan kəndinə gətirilib.

“Report”un Aran bürosunun məlumatına görə, üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu valideynləri, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Hazırda doğulduğu evdə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Saatlıda məskunlaşmış Axıska türklərindən olan Tairov Seyfulla Veytulla oğlu 1973-cü il fevralın 1-də rayonun Cəfərxan kəndində anadan olub. 1991-1992-ci illərdə sovet ordusunda xidmət edib. Xidmətini yarımçıq qoyaraq vətənə qayıdan S.Tairov könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılıb.

31 avqust 1993-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.

44 günlük Vətən müharibəsində işğaldan azad edilən Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkar edilərkən meyit qalıqlarından birinin ona aid olduğu müəyyənləşib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir