Dünya

Spirtli içkilər yuxunun keyfiyyətinə təsir edir

Sharing is caring!


Rusiyalı somnoloq Natalya Belozerovanın araşdırmasına görə, yuxugətirici kimi böyük dozada spirtli içki içmək yuxunu dayaz və narahat edir.

Belozerova insanları yuxusuzluğun qarşısını almaq üçün spirtli içkilərdən istifadə etməməyə çağırıb. Çünki spirt yuxunun pozulmasının mümkün səbəblərindən biridir.

“Tünd içkilər həqiqətən yuxuya getmə prosesini sürətləndirə bilər. Lakin böyük dozalarda istehlak edildikdə, yuxunun keyfiyyətinin pisləşməsi qaçılmazdır. Belə hallarda yuxu səthi olur və insan yuxudan tez-tez oyanır”, – deyə həkim qeyd edib.

Eyni zamanda, Belozerova spirtin təsirinin çox fərdi olduğunu və istifadə şəraitindən asılı olduğunu vurğulayıb. Əgər insan çox əsəbidirsə, spirtli içki qəbul etdikdən sonra o, daha da əsəbiləşə bilər ki, bu da yuxu problemlərini gücləndirəcək.

Mənbə: Rambler

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir