Dünya

Rotterdamda atışma olub: Ölənlər var

Sharing is caring!


Cümə axşamı Niderlandın Rotterdam şəhərində baş verən iki atışma nəticəsində üç nəfər ölüb.

Şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Yerli polisin məlumatına görə, 32 yaşlı şübhəli şəxs Erasmus Universitetinin tələbəsidir. Cümə axşamı günortadan sonra o, Rotterdamda bir evə soxularaq 39 yaşlı qadını güllələyərək öldürüb, 14 yaşlı qızını isə ağır yaralayıb, sonra o, xəstəxanada ölüb.

Daha sonra şübhəli şəxs Erasmus Universitetinin Tibb Mərkəzində atəş açıb və 43 yaşlı müəllimi öldürüb.

Cinayətkar tibb məntəqəsinin yaxınlığında yaxalanıb.

Mənbə: Sinxua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir