Dünya

Kadırov məhbusu döyən oğluna haqq qazandırdı – VİDEO

Sharing is caring!


Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda həbsdə olan Nikita Juravelin döyülməsinin videoyazısını öz sosial şəbəkə səhifəsində paylaşıb.

O, məhbusun oğlu Adam Kadırov tərəfindən döyüldüyünü etiraf edib və gəncin hərəkətinə haqq qazandırıb.

“Döyüb və düzgün edib. Üstəlik, mən hesab edirəm ki, hər hansı bir müqəddəs kitaba qəsd edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəza almalıdır”,  Ramzan Kadırov yazıb.

Xatırladaq ki, Juravel Quranın yandırılmasına görə həbs olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir