Cəmiyyət

Bakıda döyüşə yararlı sursat aşkarlanıb

Sharing is caring!

Bakıda döyüşə yararlı sursat aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda hərbi sursat aşkar olunması barədə məlumat daxil olub.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub və aşkar olunmuş hərbi sursata baxış keçirilib. Döyüş tətbiqinə yararlı sursat olduğu müəyyən edildikdən sonra sursat müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hərbi sursatın tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir