Dünya

Ekspert: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları onun siyasi rəhbərliyini çıxılmaz vəziyyətə salıb”

Sharing is caring!


“Ermənistanın və ona himayədarlıq edən qüvvələrin Azərbaycana qarşı ərazi iddialarından əl çəkə bilməməsi bu dövlətin hərbi-siyasi rəhbərliyini çıxılmaz vəziyyətə salıb”.

Bunu “Report”a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nəsrin Süleymanova deyib.

“Bir tərəfdən, Ermənistan danışıqlar prosesinin davam etdirilməsində maraqlı olduğunu bəyan edir, digər tərəfdən isə Qarabağ separatçılarına dəstək verməkdə davam edir”, – o bildirib.

Ekspertin fikrincə, təkcə Ermənistanın baş naziri Nikol Paşinyanın deyil, həm də siyasi rəhbərliyin digər nümayəndələrinin Rusiya əleyhinə son bəyanatları iki ölkənin münasibətlərini xüsusi gərginlik vəziyyətinə gətirib:

“Bunu ABŞ hərbçiləri ilə sentyabrın sonunadək davam edəcək birgə təlimlər də təsdiq edə bilər. Baş nazir Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öz qüvvələrini Azərbaycana qarşı istifadə etməsi üçün qanunsuz müraciətlər edib, lakin dəstək ala bilməyib. Buna görə də Ermənistanın baş naziri açıq şəkildə Qərbə meyil edir”.

Dosentin fikrincə, bu, Ermənistanın ənənəvi müttəfiqi olan Rusiya, eləcə də İran tərəfindən etibarının itirilməsinə gətirib çıxaracaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir