Dünya

Finlandiya prezidenti NATO-ya üzv olacaqları tarixi açıqladı

Sharing is caring!


Finlandiya Prezidentinin Ofisi respublikanın aprelin 4-də NATO-ya üzv olacağını açıqlayıb.

Bu məlumatı NATO-nun baş katibi Yens Stoltenberq də təsdiqləyib.

Respublikanın NATO-ya qəbulu üçün Brüsseldə sürətləndirilmiş hazırlıq işləri aparılır, son zəruri detallar dəqiqləşdirilir. Növbəti 24 saat ərzində hər şey qaydasında getsə, sabah rəsmi mərasim ərəfəsində Finlandiya bayrağı NATO-nun mənzil-qərargahı qarşısında qaldırıla bilər.

Qeyd edək ki, aprelin 4-ü NATO üçün əlamətdar gündür – məhz 1949-cu ilin bu günündə 12 ölkə qurumun yaradılmasını elan edib. 

Mənbə: Verdens Gang

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir