Dünya

Həbsdə olan daha bir güneyli fəalın vəziyyəti ağırdır – FOTO

Sharing is caring!


Həbsdə olan güneyli müəllim Cəfər İbrahiminin vəziyyəti ağırdır.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, güney azərbaycanlı fəalın səhhətinin və görmə qabiliyyətinin pisləşməsinə baxmayaraq, hələ də tibbi yardımdan məhrumdur, müalicə üçün xəstəxanaya göndərilmir.

O da məlum olub ki, İbrahimi “Evin” həbsxanasından 12 məhbusla birlikdə “Qızılhisar” həbsxanasına köçürülüb və ağır cinayət törədən məhbuslarla birlikdə pis şəraitdə olan xüsusi kamerada saxlanılır.

Məhbusun vəkili İrfan Kərəm Veysi dünən onunla görüşüb. Hüquq müdafiəçisinin sözlərinə görə Cəfər İbrahimi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilibmiş. İbrahimi xəstəxanadan çıxdıqdan sonra xanımı ilə telefonla danışa bilib. Qısa söhbəti zamanı o, həbsxanada bir neçə nəzarətçi tərəfindən qəddarcasına döyüldüyünü deyib.

Xatırladaq ki, Təbriz şəhər həbsxanasında saxlanılan və ötən ay cərrahiyə əməliyyatı keçirən idmançı (boksçu) Kərim İsmayılzadənin də vəziyyəti ağırdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir