İqtisadiyyat

Azərbaycana elektromobil idxalı yeddi dəfəyə yaxın artıb

Sharing is caring!


2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 74 milyon 136 min dollar dəyərində 1 803 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə say baxımından 6,8 dəfə və ya 1 536 ədəd, məbləğ baxımından isə 8,2 dəfə və ya 65 milyon 76 min dollar artıb.

2022-ci ilin ilk 8 ayında Azərbaycana 9 milyon 60 min dollar dəyərində 267 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycana 222 milyon 364 min dollar dəyərində 9 640 ədəd (illik müqayisədə 17,4% çox) daxiliyanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir