Siyasət

Kamran Əliyev: “Axtarışda olan erməniəsilli şəxslərin istintaqa təhvil verilməsi işləri sürətləndirilib”

Sharing is caring!


“Axtarışda olan 400-ə yaxın erməniəsilli şəxsin tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib”.

“Report” xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan kütləvi məzarlıqlarla və xəritələrlə bağlı Azərbaycana məlumatları vermir:

“Verilən xəritələrin əksəriyyəti də reallığı əks etdirmir. Lakin biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hazırda axtarışda 400-ə yaxın erməniəsilli şəxs var. Onların tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib. Ümidvaram ki, bu istiqamətdə müsbət nəticələr əldə olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir