İqtisadiyyat

Mikayıl Cabbarov Berri Sternlix ilə görüşüb – YENİLƏNİB + FOTO

Sharing is caring!


İqtisadiyyat naziri Mikayıl Cabbarov alternativ sərmayələrin idarə edilməsi üzrə ixtisaslaşmış “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlix ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanda iqtisadi sferada həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, xarici sərmayədarlar üçün yaradılan imkanlar, energetika, xüsusilə alternativ və bərpa olunan enerji, logistika, turizm və digər istiqamətlər üzrə investisiya qoyuluşu üçün yaxşı fürsətlərin mövcudluğu vurğulanıb, bu sahədə “Starwood Capital Group” şirkəti ilə tərəfdaşlıq potensialı qeyd olunub.

Tərəflər qlobal iqtisadi tendensiyalar fonunda yeni çağırışlar, investisiyaların təşviqi üçün ölkəmizdə görülən işlər və şirkətlə bir sıra sahələrə, o cümlədən, turizm sektoruna sərmayə qoyulması sahəsində əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.

Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə aparıcı investisiya şirkətlərindən olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib, mərkəzi ofisi ABŞ-da yerləşir. Şirkət 35-dən artıq ölkədə daşınmaz əmlak, kredit və enerji infrastrukturu sahüzrə investisiya yatırıb. Hazırda qurumun portfel şirkətlərində 5 mindən artıq əməkdaş işləyir.

14:27

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlix ilə görüşüb.

O bu barədə öz “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, Berri Sternlix ilə qlobal iqtisadi tendensiyalar şəraitində yeni çağırışlar, investisiyaların təşviqi üçün ölkəmizdə həyata keçirilən tədbirlər və şirkətlə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir