Dünya

İtaliyada fövqəladə vəziyyət elan edildi: Aİ-dən kömək istədi – FOTO/VİDEO

Sharing is caring!


İtaliyada Afrikadan gələn kütləvi miqrant axını səbəbindən altı aylıq fövqəladə vəziyyət elan edilib.

Cəmi üç gün ərzində 8 mindən çox qeyri-qanuni mühacir ölkəyə giriş etmək istəyib.

Bu barədə ölkənin hakimiyyət orqanları məlumat verib.

İtaliya xarici işlər naziri Antonio Tayani Avropa İttifaqını İtaliyaya yardım etməyə çağırıb.

Ən çox zərər çəkmiş cənub bölgələri beş milyon avro məbləğində yardım alacaq ki, bu da yeni qaçqınların qəbulu mərkəzlərinin açılmasına sərf olunacaq.

Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində belə mərkəzlərin açılması asanlaşacaq və sürətlənəcək, eyni zamanda qeyri-qanuni miqrantların deportasiyası proseduru da sadələşdiriləcək.

Qeyd edək ki, ümumilikdə ilin əvvəlindən İtaliyaya Afrika və Yaxın Şərqdən 31 mindən çox qeyri-qanuni miqrant gəlib.

Hazırda İtaliyanın Lampeduza adasında qeyri-qanuni miqrantların sayı yerli sakinlərin sayını ötüb, bölgədə iğtişaşlar başlayıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, eskalasiya iki gün ərzində rekord sayda qeyri-qanuni immiqrantın – 6 mindən çox insanın gəlməsindən sonra baş verib.

400 nəfər üçün nəzərdə tutulan və tam dolu olan müvəqqəti yerləşdirmə mərkəzində yeməklərin paylanması zamanı əlbəyaxa dava düşüb. Miqrantlar Qırmızı Xaç Cəmiyyətinin qida və su paylama məntəqəsində izdiham yaradıblar. Polis kütlənin qarşısını almaq üçün müdaxilə etməli olub. Oxşar davalar yüzlərlə miqrantın dərhal başqa yerlərə daşınmalarını tələb etdikləri Lampeduza limanında da baş verib. Polis onların qarşısını almaq üçün güc tətbiq etməli olub. İtkilər barədə məlumat verilmir.

Bu arada Fransa İtaliya ilə sərhədlərini gücləndirir, Almaniya isə İtaliyadan sığınacaq axtaranların qəbulunu dayandırır.

Mənbə: Strana.today, TASS  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir