MDB

Azərbaycanın MDB Şurasının 42-ci iclasına ev sahibliyi etməsi planlaşdırılır

Sharing is caring!

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata əsasən, 40-cı iclas şuraya sədrlik edən Özbəkistanın Daşkənd şəhərində videokonfrans formatında təşkil edilib.

İclasda tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydalar, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi, Müstəqil Dövlətlər Birliyinin 2021-ci ildə qeyd ediləcək 30 illik yubileyinə həsr olunacaq tədbirlər və digər müştərək həyata keçirilə biləcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar verilib.

İclas çərçivəsində MDB-yə üzv-dövlətləri tərəfindən 2021-ci ilin “Memarlıq və şəhərsalma ili” kimi qeyd olunacağı ilə əlaqədar tədbirlər planı müzakirə edilib. Plana əsasən gələn il Azərbaycanda “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda elmi-praktiki konfransın və “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın 42-ci iclasının da 2021-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir