Dünya

Rusiyada aşmış avtomobildə ana və uşaqları boğularaq öldülər – FOTO

Sharing is caring!


Regional prokurorluğun məlumatına görə, sentyabrın 12-dən 13-nə keçən gecə Rusiyanın Omsk vilayətinin Bolşeukovski rayonunda küvetdə VAZ-2109 markalı avtomobil tapılıb. Kabinədə 26 yaşlı qadın və üç uşaq olub: 12 və 7 yaşlı iki oğlan və 9 aylıq qız. Onların hamısı ölü olub.

Yol polisi əməkdaşları müəyyən ediblər ki, sentyabrın 12-də saat 12 radələrində 26 yaşlı qadın sürücü Omsk vilayətinin Bolşeukovski rayonunun Pospelovo kəndinə gedən yolda avtomobili su ilə dolu küvetə sürüb. Avtomobil aşıb, orada olanların hamısı boğularaq ölüblər.

Qadının əri arvadı və uşaqlarının kartof qazmağa qohumlarının yanına getdiyini bildiyi üçün dərhal onları axtarmağa başlamayıb. Axtarışlara yalnız axşam saatlarında başlanılıb, lakin yolun kənarlarını kol-kos basdığı üçün avtomobil demək olar ki, görünməyib. Buna görə də qəzanın baş verdiyi yer yalnız gecə saatlarında əraziyə hərtərəfli baxış keçirərkən aşkar edilib.

Hazırda faciənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Mənbə: aif.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir