Siyasət

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Poladın açıqlaması

Sharing is caring!

İranın laqeyd münasibəti məhz, son dövrlərdə İranda aparılan anti-Azərbaycan siyasətinin nəticəsidir. QHT sədri İradə Polad Xəbəral.az saytına açıqlamasında belə deyib.

Yanvarın 27-də baş verən teŕror aktı ölkə vətəndaşlarında çox böyük hiddət yaradıb. Müstəqilliyini bərpa edəndən İran hakimiyyəti Azərbaycana qarşı fəaliyyət göstərib. Bu özünü ilk növbədə Tehran-İrəvan əlaqələri və əməkdaşlığında açıq-aşkar göstərib. 44 günlük Vətən müharibəsi zamanı İran hakimiyyətinin işğalçı Ermənistan kimi tutduğu mövqe buna ən bariz örnəkdir. Müharibədən sonrakı müďdətdə də Tehran Azərbaycan ərazisində bir sıra təxribatçı işlər görməyə səy göstərdi. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olàn Azərbaycan ərazisində qanunsuz işlər görməyə cəhdi, bu bölgəmizə 17 və 13 terrorçudan ibarət iki qrup göndərməsi İran rejiminin anti-Azərbaycan mövqeyinin göstəricisidir.

Lakin İran beynəlxalq hüquqla üzərinə düşən öhdəliyi yerinə yetirmədi və həmişə kimi, özünə yaraşan kimi davrandı. Və nə üçünsə, bu bizi təəccübləndirmədi. 

Nəzərinizə çatdırım ki, səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir.


İranın Azərbaycandakı səfirliyinə məxsus avtomobildən terror törətməkdə istifadə edilən əşyaların tapılması da bu rejimin diplomarik missiyadan belə terakt üçün istifadə etməsini isbatlayır. Mahiyyətində terrorçuluq kimi cinayət olan İran hakimiyyətinin əməllərinə görə məsuliyyət daşımasını, Beynəlxalq məhkəməyə verilməsi ən ədalətli qərar olar. SEPAHın terrorçu olaraq tanınması isə dövlətlərin bu cinayətə qarşı birgə mübarizəsinin göstəricisi sayılardı. Ona görə də hadisəyə görə İranın ali rəhbəri Xameneinin Azərbaycan dövlətindən, vətəndaşlarındann üzr istəməsi, Sepahın terrorçu olaraq tanınması belə cinayətlərin qarşısını alar. Terroru dəstəkləyən və ona himayədarlıq edən Tehran rejiminə ar olsun!

YAŞASIN AZƏRBAYCAN! TANRI TÜRKÜ QORUSUN!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir