Dünya

Blinken: “Bu, əvvəlki dünya nizamının sonudur”

Sharing is caring!


ABŞ-nin Rusiya və Çinlə geosiyasi rəqabətinin artması soyuq müharibədən sonrakı dünya nizamının sona çatdığını göstərir.

Bunu ABŞ dövlət katibi Antoni Blinken Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı deyib.

“İndi qarşılaşdığımız vəziyyət Soyuq Müharibədən sonrakı nizamın sınağından daha böyükdür. Bu, onun sonudur. Onilliklər boyu davam edən müqayisəli geosiyasi sabitlik öz yerini avtoritar dövlətlərlə və güclərlə artan rəqabətə verib”, – deyə Blinken bəyan edib.

ABŞ dövlət katibi vurğulayıb ki, Rusiyanın Ukraynada müharibəyə başlaması “beynəlxalq nizam üçün ən təcili, kəskin təhdiddir”.

“Eyni zamanda, Çin uzunmüddətli perspektivdə ən ciddi problemdir. Çünki o, təkcə beynəlxalq nizamı dəyişməyə çalışmır, həm də bunun üçün artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malikdir. Moskva və Pekin sərhədsiz tərəfdaşlıqları vasitəsilə dünyanı avtokratiyalar üçün daha təhlükəsiz bir yerə çevirmək məqsədilə getdikcə daha çox işləyirlər. Beləliklə, biz ABŞ Prezidenti Co Baydenin dediyi kimi, dönüş nöqtəsini yaşayırıq. Bir dövr bitir, digəri başlayır və indi qəbul etdiyimiz qərarlar onilliklər boyu gələcəyi formalaşdıracaq”, – ABŞ Dövlət Departamentinin rəhbəri bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir