Cəmiyyət

Naxçıvanda böyük yaşayış kompleksi inşa olunacaq – FOTO

Sharing is caring!


Naxçıvanda böyük yaşayış kompleksi inşa olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Əməkdar rəssam Ülviyyə Həmzəyeva “Facebook” hesabında paylaşım edib.

Bildirilib ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində – Doğum (Perinatal) mərkəzinin yaxınlığındakı 6,6 hektarlıq boş ərzində 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in – “Naxçıvan yaşayış kompleksi”nin inşası planlaşdırılıb.

Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-9 mərtəbəli binalarda 1 100 mənzil inşa ediləcək.

Avropa texnologiyalarına uyğun dizayn edilmiş, şəhərin ən əlverişli yerində və ictimai nəqliyyat yollarına yaxın yaşayış kompleksinin tikintisinin birinci mərhələsi 2 ilə, ikinci mərhələsi isə 4 ilə tamamlanacaq.

Əsası isə, 2023-cü ilin sonuna başlanması nəzərdə tutulan tikinti işlərində 700-dən artıq muxtar respublika sakini çalışacaq.

“Çox güman ki, Nehrəm kərpic zavodu da işlək hala gələr və uzun müddətdir ki, işlərini dayandıran zavod yenidən öz işçilərini yığaraq, əsas tikinti materialının emalına başlayar”, – deyə Ü.Həmzəyeva paylaşımında qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir