İdman

Şenol Günəş: “Son dəqiqələrdən dərs çıxarmalıyıq”

Sharing is caring!


“Oyuna nəzarət edirdik. Çoxlu qol imkanlarımız oldu”.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis “Neftçi Arena”da baş tutan matçdan sonra komandasının çıxışını dəyərləndirib:

“Sona 10-15 dəqiqə qalmış oyundan qopduq. Rəqib qoldan sonra fürsətlər yaratdı. Son dəqiqələrdən dərs çıxarmalıyıq. Buradan yaxşı üstünlüklə qayıdırıq. “Neftçi”nin keyfiyyətli oyunçuları var. Bunu göstərdilər. Cavab oyunu ağır keçəcək. İmkan versək, bizə problem yaradacaqlar. Azarkeşlik, ab-hava da çox yaxşı idi”.

Baş məşqçi daha əvvəl xeyriyyə oyununda üz-üzə gəldikləri “Sabah”la “Neftçi”ni müqayisə edib:.

“Sabah”da yaxşı komandadır, “Neftçi”də. Həmin vaxt mövsümün sonunda idik, indi əvvəlində. Hazırda futbolçular ən yaxşı vəziyyətdə deyillər. Bu, bütün tərəflərə aiddir. Bir neçə həftə sonra formaya düşəcəyik. Hansısa komandanın daha güclü olduğunu deyə bilmərəm. “Sabah” və “Qarabağ” qalib gəlib. Onları təbrik edirəm uğurlar arzulayıram”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir