Dünya

Venesiyaya giriş ödənişli olacaq

Sharing is caring!


İtaliyanın Venesiya şəhərinin bələdiyyəsi turistlərin maksimum çoxluq təşkil etdiyi dövrlərdə şəhərə girişin ödənişli olmasına qərar verib.

Bu qərara səbəb şəhərin kütləvi turizmin mənfi nəticələri ilə üzləşməsidir.

İlin 30 gününü əhatə edəcək qərarın sınaq məqsədilə tətbiqinə 2024-cü ilin yazında başlanılacaq və ətraflı vaxt qrafiki tezliklə elan ediləcək.

Ziyarətçilərdən ödəniş tələb ediləcək tarixlər ehtimal ki, yaz mövsümü, həmçinin iyun və iyul aylarında həftəsonları olacaq.

Bu günlər Venesiyanı ziyarət edənlər baxımından ilin ən gərgin zamanı hesab olunur. Venesiyaya səfər etmək istəyən şəxs beş avro ödəyəcək və səfərdən əvvəl onlayn rezervasiya edəcək.

Giriş haqqını ödəyən hər bir turistə QR kod veriləcək. Qanunu pozan 300 avroya qədər cərimələnə bilər.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) onilliklərdir ki, həddindən artıq turizmin İtaliya şəhərinə mənfi təsirlərindən narahatdır. BMT qurumu həddən artıq ziyarətçi və iqlim dəyişikliyinin geri dönüşü olmayan zərərlərə gətirib çıxara biləcəyindən ehtiyat edir.

YUNESKO, həmçinin bu səbəbdən Venesiyanın “Təhlükədə olan Ümumdünya İrs Siyahısı”na daxil olunmasını tövsiyə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir