Dünya

Türkiyə prezidenti G20 liderlərinin zirvə toplantısına qatılacaq

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dehlidə keçiriləcək 18-ci G20 liderlərinin zirvə toplantısında iştirak etmək üçün 8-10 sentyabr tarixlərində Hindistanda olacaq.

Türkiyə Prezidenti Administrasiyasından verilən məlumata görə, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” şüarı altında keçiriləcək sammitin üç sessiyasında fikir mübadiləsi aparacaqlar.

Prezident Ərdoğanın G20 liderləri ilə görüşməsi, həmçinin sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə təmasları gözlənilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir