Cəmiyyət

Xaçmazda zəncirvari qəza olub – VİDEO

Sharing is caring!


Xaçmaz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Hadisə zamanı “Mercedes”, “Chevrolet Cruze” və “Hyundai Tucson” markalı avtomobillər toqquşublar. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saatlarında Xaçmaz rayonu Bakı prospektində qeydə alınıb:

“Belə ki, 99-CB-596 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan 77-KV-497 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı maşına çırpılıb. Qəza nəticəsində “Chevrolet Cruze” markalı avtomobil zərbənin təsirindən 99-KE-771 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı maşına çırpılıb. Ölən və xəsarət alan yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir